Gənc
fleytaçı Kreml Sarayında çıxış edib
Moskvanın Böyük Kreml Sarayında 1 İyun - Beynəlxalq Uşaqları Müdafiə Günü münasibətilə “Nəsillərin melodiyası” (\"Melodika pokoleniy\") adlı beynəlxalq uşaq musiqi festivalı keçirilib.
İlk dəfə keçirilən festivalda Azərbaycan, Belarus, Çin, Qazaxıstan, Rusiya və Ukraynadan istedadlı uşaqlar Kreml Sarayının Georgiyevsk zalında Prezident orkestrinin müşayiəti ilə çıxış ediblər.
Nüfuzlu tədbirdə ölkəmizi Bakı şəhər L. və M.Rostropoviçlər adına 21 nömrəli onbirillik musiqi məktəbinin fleyta ixtisası üzrə şagirdi, 12 yaşlı Ağarəhim Quliyev (Xalq artisti, professor Müzəffər Ağamalızadənin sinfi) təmsil edib. A.Quliyev fransız bəstəkarı J.Demerssmanın fleyta və orkestr üçün konsertini (üç hissə) məharətlə ifa edib.
Qeyd edək ki,
Ağarəhim Quliyev uşaq musiqi, incəsənət və rəssamlıq
məktəbləri şagirdlərinin nəfəs və zərb
alətləri üzrə II respublika müsabiqəsində
(2011, Bakı) II mükafata, İslam dünyası gənclərinin
klassik musiqi ifaçılarının I beynəlxalq
müsabiqəsində Qran-pri mükafatına (2012, Bakı),
Ailə, Qadın və Uşaq Problemləri üzrə
Dövlət Komitəsinin \"Azərbaycanın gələcəyi\"
mükafatına (2012) layiq görülüb.
Mədəniyyət.- 2013.- 5 iyun.-
S. 3.